"Qarabağ" klubunun vitse kapitanı Namiq Yusifov Newsport.az saytına verdiyi müsahibədə "Qəbələ"nin qapıçısı Kamran Ağayevin Premiyer liqanın son turunda "Qarabağ" ilə oyunundan sonra (0:2) dediyi "Qarabağ" elədə güclü komanda deyil" ifadəsinə münasibət bildirib.
Namiq Yusifov bunları deyib:"Kamran dostumuzdu yaxşıda qapıçıdı elə düşünürsə qoy düşünsün hərənin subyektiv fikri var. Düşünürəm ki ölkə çempionuna qarşı biraz hörmətlə yanaşmaq lazımdı. Düşünmürəm ki, o,bunu pis mənada deyib amma bugünki vaxt "Qarabağ" ölkə çempionatının çempionudursa Azərbaycanda deməli bir nömrədi. Bu onun subyektiv fikridi.
Emin Ağayev