Samir Abasov Amit Quluzadənin əvəzinə bu futbolçunu tələb edir

"Sumqayıt"ın futbolçusu Amit Quluzadənin karyerasını Yunanıstan Super Liqasında çıxış edən AEL klubunda davam etdirəcəyi haqda məlumatı diqqətinizə çatdırmışdıq.

 

Newsport.az-ın əldə etdiyi məlumata görə, "kimyaçılar"ın baş məşqçisi Samir Abasov Quluzadənin boşluğunu AZAL-da çıxış edən Kamal Mirzəyevlə doldurulmasını istəyir. Abasov gənc futbolçunu komandasında görmək istəyir.

 

Lakin bu transferin reallaşması inandırıcı görünmür. "Təyyarəçilər"in baş məşqçisi Tərlan Əhəmdov U-21 millimizin də üzvü olan yarımmüdafiəçinin göndərilməsini istəmir.

 

Qeyd edək ki, Kamal Mirzəyevin AZAL-la müqaviləsi mövsümün sonunda başa çatacaq. (Sportal.az)





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right