"Kəpəz"in planında dəyişiklik

“Kəpəz”in qış təlim-məşq toplanışı müddətində keçirəcəyi yoxlama oyunları arasında dəyişiklik olub.

 

Newsport.az xəbər verir ki, “sarı-göylər” əvvəlcədən əldə edilən razılığa əsasən, yanvarın 19-da “Zirə” ilə qarşılaşmalı olsa da, görüş baş tutmayacaq. Buna səbəb rəqibin hazırlıq planında dəyişikliyin edilməsi və Bakı klubunun Türkiyəyə yollanmasıdır.

 

“Zirə”nin əvəzində Gəncə təmsilçisi “Zaqatala” ilə oynayacaq. I divizion klubu ilə görüş yanvarın 19-da saat 15:00-da “Dalğa Arena”da keçiriləcək. 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right