Bir neçə həftə öncə Türkiyənin “Beşiktaş” klubu və “Qarabağ” arasında yanvar ayında yoldaşlıq görüşü olacağı deyilsə də, bu qarşılaşma yaxın aylarda baş tutmayacaq.
Newsport.az-ın məlumatına görə, bu barədə İstanbul klubunun mətbuat xidmətinin rəhbəri Selim Şakarcan verib.
O bildirib ki, yaxın zamanlarda hər hansı oyun nəzərdə tutulmayıb: ““Qarabağ”la yaxın zamanlarda hər hansı oyun nəzərdə tutulmayıb. Bunun üçün komandanın vaxtı da yoxdur”.