Qurban Qurbanov: "Ağabala Ramazanov xarakter və əzmkarlığı ilə seçilən futbolçulardandır"

"Qarabağ" milli komandamızın hücumçusu Ağabala Ramazanovu transfer edib.

Newsport.az-ın məlumatına görə, Ağdam klubunun baş məşqçisi Qurban Qurbanov bu keçidlə bağlı öz fikirlərini klubun rəsmi saytına açıqlamasında bildirib:

 "Gənc və istedadlı futbolçudur, məğlub olmağı sevmir. Onun oyun üslubu komandamızın hücumlarına əlavə sürət və güc qatacaq. Əminəm ki, Ağabala Ramazanov bizdə oynadığı müddətdə öz ustalığını artırmaq üçün şans qazanacaq. Ağabala hər zaman xarakter və əzmkarlığı ilə seçilən futbolçulardandır. Ümumilikdə komandamızın oyun üslubuna uyğun gələn futbolçudur".





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right