Ağabala Ramazanov "Qarabağ"da! RƏSMİ

"Qarabağ" 2016/17-ci illər mövsümünün qış transfer pəncərəsində növbəti transferini gerçəkləşdirib.

 

Newsport.az klubun rəsmi saytına istinadən xəbər verir ki, Ağdam klubu "İnter"dən ayrılan, milli komandamızın üzvü Ağabala Ramazanovu heyətinə qatıb. Futbolçuyla 1.5 illik müqavilə imzalanıb.

 

Qeyd edək ki, 24 yaşlı hücumçu daha əvvəl "Neftçi", "Xəzər Lənkəran", "Sumqayıt" və "İnter" klublarının formasını geyinib. 2014-cü ildən milli komandamıza dəvət alan Ağabala Ramazanov 1 qolla yadda qalıb.

 

Ağabala Ramazanov bu gün komandanın Antalyada baş tutan qış təlim-məşq toplanışına qoşulub. 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right