"Neftçi" ukraynalı futbolçunu təqdim etdi

Türkiyənin Antalya şəhərində hazırlığını davam etdirən paytaxtın "Neftçi” klubu daha bir futbolçu ilə güclənib.

Newsport.az-ın məlumatına görə, ukraynalı futbolçu Kirill Petrovla 1,5 illik müqavilə imzalanıb.  

Kiyevin "Dinamo” klubunun yetirməsi olan 26 yaşlı oyunçu sonradan "Krivbas” və "Arsenal” klublarının formasını geyinib. Polşa "Korona”sında da legioner həyatı yaşamış Petrov Qazaxıstanın "Ordabaşı” klubunda da çıxış edib.

Futbolçunun sonuncu klubu isə Donetsk "Olimpik”i olub. Ukrayna U-19 və U-21 yığma komandalarının da formasını geyinmiş Petrov "Neftçi”də 28 nömrəli formanı geyinəcək. 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right