Azərbaycandan gələn təklifi rədd edən futbolçunun yeni komandasının adı məlum oldu

Bolqarıstanın "Botev" klubunun hücumçusu Joao Paulonun karyerasını Azərbaycanda davam etdirə biləcəyi haqda məlumatlar gəzirdi.

 

Newsport.az xəbər verir ki, 28 yaşlı forvard müqaviləsini yeniləmədiyi üçün klubu onu satmaq istəyirdi. Artıq Paulonun yeni komandasının adı da məlumdur. O, son Bolqarıstan çempionu "Ludoqorets"ə keçməyə üstünlük verib. Bu barədə futbolçunun agenti də danışıb:

 

"Joao Azərbaycan, Türkiyə və Qazaxıstanda oynamaq istəmədi. Onun xidmətində digər klublar da maraqlı idi. "Levski" də bu keçid üçün çox çalışdı. Amma o, "Ludoqorets"i seçdi. Avropa Liqasında çıxış edən komandada oynamaq istəyirdi".

 

Qeyd edək ki, Joao Paulo Bolqarıstan çempionatında 19 turdan sonra 12 qol vurub və bomabrdirlər siyahısına başçılıq edir.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right