“Sumqayıt” 3-cü dövrə üçün hazırlığa başladı

“Sumqayıt” 13 günlük istirahəti başa vuraraq Premyer Liqanın 3-cü dövrəsi üçün hazırlığa start verib.

Newsport.az-ın məlumatına görə, sözügedən komanda bu gün baş məşqçi Samir Abasovun rəhbərliyi altında 2017-ci ildə Sumqayıtda ilk məşqini keçirib. 

“Sumqayıt” ilk məşq günündə dənizkənarında qaçışla kifayətlənib. Qeyd edək ki, komandanın üzvü Süleyman Əhmədov U-19 millisinin heyətində yer aldığı üçün hazırlıq prosesinə nisbətən gec qoşulacaq. Bundan başqa, baş məşqçi əvəzedici komandanın 3 futbolçusu - Xaliq İbrahimov, Ülvi Süleymanov və Tural Bayramlını əsas heyətə cəlb edib. “Sumqayıt”ın növbəti məşqi də sabah saat 11:00-da Sumqayıtda olacaq.

Qeyd edək ki, "Sumqayıt"ın təlim-məşq toplanışı və yoxlama oyunlarının proqramı hələ tam dəqiqləşməyib.

 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right