"Qəbələ"nin növbəti rəqibi müəyyənləşdi

Yanvarın 9-dan etibarən Türkiyədə təlim-məşq toplanışı keçəcək “Qəbələ”nin daha bir sınaqçı rəqibi bəlli olub.

Newsport.az-ın məlumatına görə, söhbət Qazaxıstanın "Ordabası" klubundan gedir. "Qırmızı-qaralar"ın Qazaxıstan klubu ilə oyunu yanvarın 19-da baş tutacaq.

Bundan əlavə, Roman Qriqorçuk yetirmələri yanvarın 13-də “Partizani”, 18-də Rumıniyanın “Qaz Metan”, 23-də isə Makedoniyanın “Şkendiya” klubu ilə qarşılaşacaq.

Əyalət təmsilçisi hazırlığı yanvarın 25-də başa vuracaq.

 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right