"Qarabağ" klubu 23 oktyabrda "Dnepr"lə vacib oyuna çıxacaq.Newsport.az saytı bu oyun öncəsi klubun vitse kapitanı Namiq Yusifovun fikirlərini öyrənib və müsahibəni sizə təqdim edirik.
-Zədə səbəbindən "Qəbələ" ilə oyunu buraxdın bəs indi zədənlə bağlı vəziyyət necədi?
Artıq 3-4 gündür ki, komanda ilə məşqlərə başlamışam. Ondan qabaq isə fərdi indevidual məşqlər edirdim. Məşqçimiz "Dnepr"lə oyunda şans versə məncə heçbir problem olmayacaq oynamağa hazıram.
-"Dnepr"lə oyunda hansı nəticə sizi qane edəcək?
Bizim üçün Avrokuboklarda oyunlarda hərbir xal vacibdi. Hamımız dərk edirik ki qazanılan hərbir xal qızıla bərabərdi. Əsas məqsədimiz "Dnepr" və "Sent-Etiyen" oyunlarında maksimum xal qazanmaqdır.
-Qarabağsiz Gencler fan klubunun Reşad Sadiqova acdiga Reşad Sadiqov sen her zaman "İmperator" olaraq qalacaqsan banerine fikirleriniz?
Rəşad 6 ildir ki klubumuzun kapitanıdı. O hətta zədəli olanda belə komandaya kömək edir. Düşünürəm ki bu düzgün pankartdı. Bugün Rəşad formada deyil zədəsini təzə sağaldıb. Ona belə dəstək olanlara halal olsun.Rəşad buna laiqdi.
-Sizcə Azərbaycanda 1 nömrəli klubu hansıdi?
Qurban Qurbanov "Qarabağ"a gəldikdən sonra son 6 ildə klubumuz həmişə mükafatçılar sırasında olub. Düşünürəm ki,klubumuz son dönəmin ən güclü komandasıdı. Bunu təkcə qazanılan nəticələr yox oynanılan oyun da sübut edir. Amma tarixə getsək "Neftçi" və "Kəpəzi" də unutmaq olmaz. "Neftçi" Avroliqada mübarizə etdiyi zamanda da biz güclü idik amma uğur qazanmamıza əksər vaxtlarda şansızlıq mane olurdu.
Emin Ağayev