“Sumqayıt”dan göndərilən millimizin sabiq üzvü Vaqif Cavadovun “Zirə”də oynamaq arzusu puç olub.
Newsport.az xəbər verir ki, 27 yaşlı yarımmüdafiəçi “Zirə”yə təklif edilib. Etibarlı mənbədən əldə etdiyimiz məlumata görə, “qartallar”ın məşqçilər korpusu ilə rəhbərliyi arasında Cavadovun transfer məsələsi müzakirə olunub. Sonda futbolçunun transferi məqsədəuyğun sayılmayıb.
Qeyd edək ki, Cavadov oyun sisteminə uyğun gəlmədiyi üçün “Sumqayıt”dan göndərilmişdi.