Azərbaycanlı baş məşqçi Böyükağa Hacıyev yenidən məşqçiliyə qayıda bilər.
Newsport.az-ın əldə etdiyi məlumata görə, təcrübəli mütəxəssis Rusiyadan təklif alıb. Premyer Liqada mübarizə aparan klublardan biri "sükanı" Hacıyevə həvalə etmək istəyir.
58 yaşlı mütəxəssis yekun qərarını verrməyib.
Qeyd edək ki, Böyükağa Hacıyev 2014-cü ildə "Neftçi"dən ayrılandan sonra işsizdir.