"Qəbələ"nin futbolçusu "Zirə"də

"Zirə” dövrələrarsı fasilədə ilk transferini reallaşdırıb.

Newsport.az-ın məlumatına görə, qəsəbə təmsilçisi müdafiə xəttini gücləndirmək məqsədi ilə Sadiq Quliyevlə müqavilə imzalayıb. Anlaşmaya əsasən, Sadiq cari mövsümün sonuna qədər “Zirə”nin formasını geyəcək.

Sadiq Quliyev ötən mövsüm də "Zirə"nin heyətində çıxış edib. Daha sonra müqavilə ilə məxsus olduğu “Qəbələ”yə dönən gənc müdafiəçi bu dəfə azad transfer kimi “qartallar”ın sıralarına qoşulub.

 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right