"Zirə" Antalyaya gedəcək?

Azərbaycan Premyer Liqasında qış fasiləsinə 5-ci pillədə yollanan "Zirə"nin planları müəyyənləşməyib. 

Newsport.az-ın məlumatına görə, qəsəbə təmsilçisinin qışda Antalyaya gedib-getməyəcəyi yaxın günlərdə bəlli olacaq. Bu barədə məlumatı komandanın yeni baş məşqçisi Ayxan Abbasov verib. Gənc mütəxəssis yanvarın 4-də komandanın Bakıda bir araya gələcəyini deyib. O, paytaxtda baş tutacaq qısa müddətlik toplanışdan sonra komandasının Türkiyəyə gedə biləcəyini bildirib. Abbasov məsələnin rəhbərliklə bir neçə gün sonra baş tutacaq görüşdən sonra müəyyənləşəcəyini vurğulayıb. 

Ayxan Abbasov heyətə baş tutacaq dəyişikliklərdən də danışıb: "Bildiyiniz kimi, Yasin Həmid və Cəmil Hacıyevi göndərmişik. Bundan sonra komandadan kimlərin gedəcəyi müəyyənləşməyib. Bakıdakı toplanış zamanı futbolçuların hər biri ilə görüşüm olacaq. Danışacağıq, kim getmək istəsə, göndərəcəyik. Təbii ki, komandamıza yeni futbolçular da cəlb olunacaq".

 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right