Çexiyalı futbolçu "Neftçi"də!

“Neftçi” heyətinə daha bir futbolçu qatmağa yaxındır.

 

Newsport.az Çexiya mətbuatına istinadən xəbər verir ki, “ağ-qaralar” Çexiyanın “Slovan” klubunun yarımmüdafiəçisi Zdenek Folprexti 6 aylıq icarəyə götürəcək. Bu barədə Liberets klubunun idman direktoru Yan Nezmar məlumat verib:

 

“Zdenek tibbi müayinə üçün Türkiyəyə yollanacaq. Çünki “Neftçi” təlim-məşq toplanışını Antalya şəhərində keçəcək. “Neftçi” ölkəsinin ən köklü klublarından biridir. Bu təklif sərfəli idi”.

 

Qeyd edək ki, 25 yaşlı çexiyalı futbolçu 2015-ci ildən “Slovan”da çıxış edir.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right