I Divizionda mübarizə aparan "Səbail" heyətini gücləndirməkdə davam edir.
Newsport.az-ın əldə etdiyi məlumata görə paytaxt təmsilçisi heyətinə 2 yeni futbolçu cəlb edib. Bunlar AZAL-dan ayrılan hücumçu Mirzağa Hüseynpur və müdafiəçi Qvanzan Maqomedovdu. Hər iki futbolçu ilə rəsmi müqavilə imzalanacaq.
Qeyd edək ki, "Səbail" daha öncə "Neftçi"dən Elton Yaqublunu icarəyə götürüb.