"Qırmızı vərəqə almasaydıq..."

"Biz yeni komandayıq. Oyundan oyuna daha da inkişaf etmək istəyirik. Oyun yaxşı alındı. Məğlubiyyətə baxmayaraq, mən futbolçulardan razı qaldım".

Bu sözləri "Zirə" klubunun baş məşqçisi Bəhram Şahquliyev Azərbaycan kubokunun 1/16 finalında məğlub olduqları "Qaradağ Lökbatan"la oyundan (0:1) sonra keçirilən mətbuat konfransında deyib.

"Hakimlik barədə danışmaq istəmirəm. Bu barədə Hakimlər Komitəsi qərar verə bilər. Biz ikinci hissədə rəqibdən daha üstün idik. Düşünürəm ki, Vüqar Əsgərovun yerdə qaldığı epizodda lehimizə penalti verə bilərdi. Əgər qırmızı vərəqə almasaydıq, oyunda qələbə qazana bilərdik. Bütün bunlara baxmayaraq, “Qaradağ Lökbatan”ı təbrik edirəm. İnşallah, kuboku qazansınlar”.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right