"Kəpəz" hazırlıq üçün Gəncəni seçdi

Qış fasiləsinə çıxan “Kəpəz”in əvəzedici heyətinin hazırlıq planı müəyyənləşib.

Newsport.az-ın məlumatına görə, komanda gələn il yanvarın 5-də yığışacaq. “Sarı-göylər” ayın 10-dan təlim-məşq toplanışına start verəcəklər. Gəncə şəhər stadionunda təşkil olunacaq bir həftəlik toplanış müddətində futbolçular gündə iki dəfə məşq edəcək.

 
“Kəpəz” hazırlıq dövründə üç yoxlama oyunu keçirəcək. Məşqçilər korpusu qərb regionunda olan birinci divizion klubları ilə qarşılaşmağı planlaşdırıb. 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right