"Sumqayıt" Vaqif Cavadovla yollarını ayırıb.
Bu barədə məlumatı Newsport.az-a açıqlamasında klubun meneceri Ceyhun Sultanov verib.
Cavadovun performansı baş məşqçi Samir Abasovu razı salmadığı üçün mütəxəssis futbolçunun göndərilməsini rəhbərlikdən tələb edib.
Qeyd edək ki, Vaqif Cavadov yanvar ayından "Sumqayıt"da çıxış edirdi. O, bu mövsüm 3 qola imza atmışdı.