Gürcüstan millisinin üzvü "Neftçi"də

"Neftçi” heyətini daha bir futbolçuyla gücləndirib.

 

Newsport.az klubun rəsmi saytına istinadən xəbər verir ki, gürcü müdafiəçi George Navalovski ilə müqavilə bağlanıb.


George Navalovski Gürcüstanın "Dinamo” (Tbilisi), "Olimpi”, "Dila”, Rusiyanın "Anji”, "Volqa”, "Ximki”, "Metallurq-Kuzbass”, "SKA-Energiya”, "Tosno”, Yunanıstanın "Veriya” klublarında çıxış edib. 2010-cu ildə Bakı "İnter”inin şərəfini qorumuş 30 yaşlı futbolçu Gürcüstan millisinin heyətində 19, U-21 yığmasında 9 oyun keçirib.

 

Qeyd edək ki, "Neftçi" ötən gün Namiq Ələsgərovu da heyətinə qatıb.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right