Newsport.az-ın məlumatına görə, "ağ-qaralar" Rusiyanın "Tom" klubundan azad agent kimi ayrılan 27 yaşlı yarımmüdafiəçiyə müqavilə təklif edib.
Futbolçunun paytaxt klubuna keçib-keçməyəcəyi yaxın günlərdə bəlli olacaq.
Qeyd edək ki, Droppa DÇ-2018-in seçmə mərhələsində baş tutan Çexiya - Azərbaycan oyununda millimizə qarşı oynamışdı.