AZAL-da seleksiya məşqləri

AZAL-ın əsas komandasının üzvləri qış fasiləsi səbəbindən istirahətə buraxılsa da, baş məşqçi Tərlan Əhmədov iş başındadır.

Newsport.az-ın məlumatına görə, dünəndən etibarən uşaq futbol komandalrının heyətlərini komplektləşdirmək və yeni istedadları tapmaq üçün seleksiya fəaliyyətinə rəhbərlik edən Əhmədov dekabrın 29-dək məşqlərə çıxacaq. 

Klub rəhbərliyinin qərarı ilə həm də uşaq futbol məşqçilərinin işinə ümumi nəzarəti həyata keçirən gənc mütəxəssis bütün məşqçiləri seçim prosesinə cəlb edib. Təsadüfi deyil, seleksiya məşqlərinə 50-dən çox futbolçu qatılıb. Dekabrın 27 və 28-də müxtəlif yaş qrupunda olan komandaların iştitakı ilə keçiriləcək yoxlama oyunlarından sonra baxışa çagrılan yeniyetmələr haqda qərar veriləcək. Sınaqdan ugurla keçən futbolçular AZAL-ın uşaq futbol komandalarının heyətinə cəlb olunacaq.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right