"Qəbələ" Anatalyada 3 oyun keçirəcək

“Qəbələ”nin qış fasiləsində Türkiyədə keçirəcəyi yoxlama oyunlarındakı rəqibləri müəyyənləşib.

Newsport.az-ın məlumatına görə, “Qəbələ” Antalyadakı təlim-məşq toplanışında üç sınaq matçı keçirəcək. Komandamız ilk oyununu yanvarın 13-də Albaniyanın “Partizani” klubuna qarşı keçirəcək. Komanda yanvarın 18-də Rumıniyanın “Qaz Metan” klubu ilə qarşılaşacaq. Yanvarın 24-də keçiriləcək son oyunda isə “Qəbələ”nin rəqibi Makedoniyanın “Şkendiya” komandası olacaq. 

“Qəbələ”nın Antalyadakı toplanışı yanvarın 9-dan 25-dək davam edəcək.

 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right