Səfərdə "Dnepr"in qonağı olacaq "Qarabağ" klubu bu gün Ukraynaya yola düşüb.
Newsport.az-ın məlumatına görə, Ağdam təmsilçisi çarter reysi ilə matçın keçiriləcəyi Kiyev şəhərinə yollanıb.
Ağdam klubunun axşama məşqi nəzərdə tutulmayıb. Əzəvində Qurban Qurbanovun komandası sabah oyunöncəsi son məşqinə çıxacaq.
Qeyd edək ki, "Dnepr" - "Qarabağ" oyunu sabah, Bakı vaxtı ilə gecə saat 00:05-də başlayacaq.