Bu mövsüm Azərbaycan çempionatının 1-ci divizionunun qalibi olub Premyer liqaya vəsiqə qazanmağı hədəfləyən “Şəmkir” növbəti transferini gerçəkləşdirib.
Newsport.az xəbər verir ki, qərb təmsilçisi bu dəfə komandaya “Zirə”nin müdafiəçisi Cəmil Hacıyevi cəlb edib.
Cəmil Hacıyev “Zirə”dən öncə də Premyer Liqa təcrübəsi görmüş futbolçudur. Belə ki, müdafiəçi daha əvvəl “Sumqayıt”, “İnter” kimi klubların şərəfini qoruyub.