AZAL 6 futbolçu ilə yollarını ayırdı!

Dekabrın 21-dən etibarən qış fasiləsinə yollanan AZAL-da komandanı tərk edəcək futbolçuların adları məlumdur.

Newsport.az-ın məlumatına görə, dünən baş məşqçi Tərlan Əhmədov heyətdən çıxarmaq istədiyi oyunçuların siyahısını klub rəhbərliyinə təqdim edib. Bunlar Brayan Fok, Adan Koronado, Mirzaga Hüseynpur, David Canelidze, Taqim Novruzov və Qvanzav Maqomedovdur.

Qeyd edək ki, Adan Koronadonun gedişi heç də baş məşqçinin qərarı ilə baglı deyil. Yəni, Əhmədov onun getməsində maraqlı deyildi. Sadəcə amerikalı yarımmüdafiəçi ailə vəziyyətini əsas tutaraq evə dönmək istəyini bildirib və onunla müqavilənin qarşılıqlı şəkildə pozulmasını xahiş edib. AZAL rəhbərliyi isə bunu nəzərə alıb. Qvanzav Maqomedov isə meneceri vasitəsi ilə başqa klublardan təkliflər aldıgını bidirdiyindən transferə çıxarılıb.

 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right