Qış fasiləsi zamanı təlim-məşq toplanışını Türkiyənin Antalya şəhərində keçirəcək "Qəbələ"nin yoxlama görüşlərindəki daha bir rəqibinin adı müəyyənləşib.
Newsport.az-ın məlumatına görə, "qırmızı-qaralar" Rumıniyanın "Qaz Metan" klubu ilə qarşılaşacaq. Bu matçın yanvar ayının 18-də keçirilməsi nəzərdə tutulub.
Qeyd edək ki, "Qəbələ"nin Makedoniyanın "Şkendiya" klubu ilə qarşılşacağını daha öncədən xəbər vermişdik.