"Qəbələ" "Neftçi"nin qənimi ilə üz-üzə gələcək

Mövsümün qalan hissəsinə Türkiyədə hazırlaşacaq "Qəbələ"nin daha bir sınaqçı rəqibi bəlli olub.

Newsport.az-ın məlumatına görə, söhbət "Şkendiya"dan gedir. Əldə etdiyimiz məlumata görə, Makedoniya klubu ilə yoxlama matçı yanvarın 24-də baş tutacaq.

Xatırladaq ki, "Şkendiya" Avropa Liqasının II təsnifat mərhələsində "Neftçi"nin rəqibi olub. Bakıda keçirilən oyun qolsuz bərabərə başa çatmışdı. "Şkendiya" evdə 1:0 hesablı qələbə qazanaraq bakılıları mübarizədən kənarlaşdırmışdı.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right