AZAL-ın yarımmüdafiəçisi Kamal Mirzəyev Premyer Liqamızda çıxış edən 2 klubdan transfer təklifi alıb.
Newsport.az-ın məlumatına görə, yarımmüdafiəçi paytaxt klublarının maraq dairəsindədir.
Tərlan Əhmədov U-21 millimizin üzvünün komandadan ayrılmasını istəmir. Təcrübəli çalışdırıcı komandanın əsas oyunçusu olan futbolçunun göndərilməsinin tərəfdarı deyil.