“Qarabağ”ın futbolçusu Riçard Almeyda karyerasını İtaliyada davam etdirə bilər.
Newsport.az-ın məlumatına görə, bu barədə “tuttomercatoweb.com” saytına açıqlamasında oyunçunun meneceri Qaetano Montalbano məlumat verib.
O bildirib ki, müştərisinə xeyli təklif gəlib: “Riçarda çoxlu təkliflər var. Olardan ikisi İtaliyadandı. A Seriyası klublarıdan birinə keçid hələ tən yay baş tuta bilərdi. Ancaq həmin vaxt alınmadı. Bununla belə, klub Almeydanı izləməyə davam etdi. Riçardın həmin komandaya keçidi yanvarda baş tuta bilər”.
Almeyda 2012-ci ildən “Qarabağ”ın formasını geyinir.