Portuqaliya Premyer Liqasında 15-ci turun oyunları keçirilir. Azərbaycan millisinin üzvləri Emin Mahmudovla Kamran Ağayevin şərəfini qoruduğu "Boavişta" səfərdə "Nasyonal"la qarşılaşır.
Newsport.az-ın məlumatına görə,oyun Emin Mahmudov üçün ikiqat əlamətdar olub. Komandanın heyətində ilk dəfə start "11-lik"də yer alan yarımmüdafiəçi matçın 11-ci dəqiqəsində fərqlənərək "Boavişta"nı hesabda önə keçirib.
Millimizin digər üzvü Kamran Ağayev də start heyətdə yer alıb.
İlk hissəsi gedən matçda "Boavişta" 2:0 öndədir. Komandanın digər qolunu Renatu Santuş vurub.