Azərbaycan kubokunun 1/4 final mərhələsində mübarizəni dayandıran "Zirə"nin futbolçusu Elvin Məmmədov "Neftçi" ilə oyun haqda fikirlərini bölüşüb.
Newsport.az-ın məlumatına görə, təcrübəli yarımmüdafiəçi jurnalistlərə açıqlamasında komandanın uğursuz çıxışından danışıb.
O, hələ də yeni transferlərin komandaya uyğunlaşmadığını bildirib:
"İlk oyunda qol imkanlarımızı boşa verdik. 3:0 hesabı ilə biz qalib gələ bilərdik, amma əksinə oldu. Bu oyuna da istəklə çıxmışıq. Hesabı açsaq da, təəssüf ki, tez qol buraxdıq. Futbolda çox geridönüşlər olub. Amma bizdə alınmadı. Vaxt da az qalmışdı. Uğursuz çıxışa gəlincə, futbolçu bir yerdə qalanda inkişaf etmir. Ötən ilki heyətdən 9 futbolçu gedib. Onların yerinə heyətə cəlb olunanlara da vaxt lazımdı. Qış fasiləsindən sonra daha yaxşı çıxış edə bilərik. Görünən odu ki, yeni futbolçular tam uyğunlaşmayıb".