Namiq Ələsgərovdan het-trik, "Qarabağ"dan darmadağın

Azərbaycan kubokunun 1/4 final mərhələsinin cavab matçı çərçivəsində "Sumqayıt" doğma meydanda "Qarabağ"ı qəbul edib.
 

Newsport.az-ın məlumatına görə, qarşılaşma Ağdam klubunun 5:2 hesablı qələbəsiylə başa çatıb. İlk görüşdə də rəqibini 6:0 hesabıyla məğlub edən "Qarabağ" kubokun yarımfinal mərhələsinə vəsiqə qazanıb.

 

“Sumqayıt” – “Qarabağ”  2:5
Qollar
: Amil Yunanov, 14, 80 - Namiq Ələsgərov, 8, 16, 82, Vüqar Nadirov, 70, Rahid Əmirquliyev, 89

 

 

 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right