Dekabrın 20-də "Boulevard Hotel"də İdman Araşdırmaları Mərkəzinin (İAM) "İlin qalibləri-2016" layihəsi çərçivəsində müxtəlif nominasiyalar üzrə mükafatlandırma mərasimi keçirilib.
Newsport.az-ın məlumatına görə, 4-cü ildir keçirilən layihədə bu dəfə 8 nominasiya üzrə 11 qalib səsvermə yolu ilə seçilib. Daha 7 xüsusi mükafatın sahiblərini isə İAM müəyyənləşdirib. AFFA yanında Media Komitəsinə «İlin uğurlu KİV layihəsi» mükafatı təqdim olunub.
AFFA yanında Media Komitəsi mükafata görə İdman Araşdırmalar Mərkəzinə və qurumun rəhbərliyinə təşəkkürünü bildirir.