"Bizə etibar edən şəxslərin etimadını doğrultmağa çalışacağıq" - Adil Şükürov

zərbaycan kubokunun 1/4 final mərhələsinin cavan oyunları çərçivəsində "Zirə" "Neftçi"ni 2:1 hesabı ilə məğlub etsə də, mərhələ adlaya bilməyib.

Newsport.az-ın məlumatına görə, oyundan sonra "Zirə"nin baş məşqçisi Adil Şükürov fikirlərini bildirib: 

“Neftçi”ni tərbrik edirəm. Komandam qələbə qazanmaq üçün hər şey etdi. Bundan sonra yalnız çempionat haqda düşünəcəyik”.

- Azarkeşlər oyunun sonuna yaxın istefa şüarları səsləndirdilər. Buna münasibətiniz necədi?

- Təbii olan bir şeydi. Azarkeşlər komandadan çox şey gözləyirlər. Ancaq rəhbərlik bizə inanır. Bizə etibar edən şəxslərin etimadını doğrultmağa çalışacağıq.

- Komandanızın qış planları yəqin ki,müəyyənləşib. Neçə futbolçu ilə yollarınızı ayıracaqsınız?

- Bu barədə danışmaq tezdi. Düzdü, bəzi planlarımız var. Yaxın günlərdə yekun qərarları verəcəyik.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right