Cavid Hüseynov sükutu pozdu: "Millidən dəvət gözləyirəm"

Azərbaycan kubokunun 1/4 final mərhələsində AZAL-ı 1:0 hesabı ilə məğlub edən "Qəbələ" adını yarımfinala yazdırıb.

Newsport.az-ın məlumatına görə, qarşılaşmadan sonra Cavid Güseynov qələbəni şərh edib.

Təcrübəli futbolçu saytımıza açıqlamasında əvvəlki formasını tam bərpa etmək üçün təlim-məşq toplanışına ehtiyacı olduğunu bildirib:

"100 faizlik formamı yığmamışam. Təlim-məşq toplanışından qayıdandan sonra özümə gələcəm. İndidən millidən dəvət gözləyirəm (gülür). Tam şəkildə uyğunlaşmışam. Ən yaxşısını baş məşqçimiz bilər. Mənə bir təlim-məşq toplanışı lazımdı. İndi demək olar ki, 90 dəqiqə oynamağa hazıram. Yarımfinaldakı rəqibimizə gəlincə, bu gün ən formada olan komanda "İnter"di. Hər mövqeyə güclüdürlər". 

Futbol11.az 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right