“MEDİA turniri”nə yekun vuruldu FOTOLAR

AFFA-nın dəstəyi, İctimai Futbol Təşkilatları İctimai Birliyinin təşkilatçılığı ilə idman jurnalistləri arasında təşkil edilən “MEDİA turniri” başa çatıb. 

Newsport.az-ın məlumatına görə, ötən gün 3-cü yer və final oyunları keçirilib.

Bürünc mükafat uğrunda keçirilən qarşılaşmada "İnternasional" və "CBC Sport" komandaları üz-üzə gəlib. Rəqibini 7:4 hesabı ilə məğlub edən birincilər 3-cü yerin qalibi olub.

Çempion isə "MX United" və "İdman Azərbaycan" arasında keçirilən oyundan sonra müəyyənləşib. Hesabı televiziyaçılar açsa da, üstünlüyü sona qədər qoruya bilməyiblər. Qazandıqları penaltini də boş verən "İdman Azərbaycan", sonda məğlubiyyətlə barışmalı olub. Mətbuat katibləri geridönüşlə 2:1 hesablı qələbə qazanaraq, kuboku başı üzərinə qaldırıb.

Bundan başqa turnir ərzində fərqlənən oyunçular da mükafatlandırılıb. Yarışın ən yaxşı qapıçısı Ramiz Mirzəzadə (İdman Azərbaycan) seçilib. Ən yaxşı oyunçusu Emin Abbasov (CBC Sport), bombardiri isə Emin Səfərov (İnternasional, 14 qol) olub. Futbol11.az saytının iştirakçı komandalar arasında keçirdiyi sorğunun qalibi isə İdman Azərbaycan komandasının kapitanı Sərxan İbrahimoğlu oldu. Sayt adından qalibə xatirə hədiyyəsi təqdim edildi.

Ümumilikdə isə turnirin əvvəlkilərə nisbətən daha maraqlı keçdiyini söyləyə bilərik. Turnirə rəng qatan digər amil isə yarımfinal və final matçlarının futzal üzrə FIFA refersisi Yusif Nurullayev tərəfindən idarə olunması idi. Ona bu işdə Azər Əsgərov kömək edib. Bir sözlə, hələ beləsi olmamışdı... 

3-cü yer 

CBC Sport – İnternasional 4:7

Qollar: Rüstəm Əfsərli-2, Şəmsəddin Abbasov, Gündüz Abbaszadə // Emin Səfərov-4, Elsevər Məmmədov, Anar Əsədov, avtoqol

Final

MX United – İdman Azərbaycan 2:1

Qollar: Nurlan İbrahimov, Rüstəm Allahverdiyev // İsmayıl Abdullayev

oyununlardan hazırlanmış fotoreportajı təqdim edirik.

 




Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right