Samir Məsimov rəsmən Qazaxıstan klubunda

"Neftçi"nin keçmiş futbolçusu Samir Məsimovun Sloveniyanın "Domjale" klubundan ayrıldığını və Qazaxıstanın "Okjetpes" klubu ilə razılığa gəldiyi haqda məlumatı diqqətinizə çatdırmışdıq.


Newsport.az xəbər verir ki, “Domjale”də əsas heyət üzünə həsrət qalan Məsimov "Okjetpes" klubu ilə münasibətlərini rəsmiləşdirib.


Samir hətta Türkiyədə toplanışında olan "Okjetpes"in heyətində yoxlama matçlarına da çıxıb. O, "Kunduspor" (Türkiyə) və "Kaysar"la (Qazaxıstan) matçlarda iştirak edib. O, yoxlama oyunlarında qol vurmağa da müvəffəq olub.

 

Kokşetau şəhərini təmsil edən "Okjetpes"də “Neftçi”nin daha bir keçmiş üzvü - Saşa Stamenkoviç də forma geyinir.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right