Şahin Diniyev: "Sabah bizi ölüm-dirim mübarizəsi gözləyir"

“İlk qarşılaşmada 2 top fərqi ilə uduzmuşuq. Oyuna yox, hesaba görə bizim üçün pis nəticədir. Bu səbəbdən sabah bizi ölüm-dirim mübarizəsi gözləyir. Mərhələ adlamaq istəyiriksə, mütləq uyğun hesabla qalib gəlməliyik".

Newsport.az-ın məlumatına görə, bu sözləri "Kəpəz"in baş məşqçisi Şahin Diniyev Azərbaycan kubokunun 1/4 finalında "İnter"lə cavab oyunu öncəsi deyib.

O bildirib ki, taktiki cəhətdən daha ağıllı oynamalıdırlar:

"İlin son matçıdır, odur ki, ən başlıcası azarkeşləri sevindirməyə çalışacağıq. Komandada zədəlilər çoxdur, Renan Alves, Kərim Diniyev və Tadas Simaitis zədəli halda oynayacaq. Futbolçular xarakter göstərib oynayırlar. Qəbələdəki çempionat görüşündə uduzmağımız uşaqların əhval-ruhiyyəsini korlaya bilər, amma bunun kubok oyununa təsir etməməsinə çalışırıq. Meydana qələbə üçün çıxacağıq. Yeni ilə yaxşı nəticə ilə yollanmaq istəyirik”.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right