"İnter", "Qarabağ", "Qəbələ" və “Neftçi” yarımfinalda YENİLƏNİB

Bu gün ölkə kubokunda 1/4 final mərhələsinə yekun vurulacaq. 

Newsport.az-ın məlumatına görə, keçiriləcək 4 qarşılaşmadan sonra yarımfinalçılar müəyyənləşəcək. 

Günün ilk oyunu Gəncədə keçiriləcək. “Kəpəz” ilk oyunda 2 cavabsız qolla uduzduğu “İnter”i sınağa çəkəcək. Bakıdakı yenilgiyə baxmayaraq, Şahin Diniyevin komandası hələ hələ də yarımfinal ümidini itirməyib. 

Sumqayıtda eyniadlı komanda “Qarabağ”la üz-üzə gələcək. İlk oyunda 6 cavabsız qolla qalib gələn Ağdam klubu cavab matçını formallığa çevirib. 

Elə “Neftçi” - “Zirə” qarşıdurmasında da cütün taleyi böyük ölçüdə həll olunub. “Ağ-qaralar” hər nə qədər qeyri-stabil çıxış etsələr də, Adil Şükürovun komandasının bu gün 4 cavabsız qolla qalib gələcəyi inandırıcı deyil.  

AZAL - “Qəbələ” görüşü maraqla gözlənilir. İlk matçda səfərdə əzmkar qələbə qazanan Roman Qriqorçukun komandası favoritdir. Lakin “təyyarəçilər”in vuracağı 1 qol intiriqanı bərpa edə bilər. 


Azərbaycan kuboku 

1/4 final mərhələsinin cavab oyunları 

21 dekabr


   17:00. “Neftçi” - “Zirə” - 1:2 (İkinci hissə)

Qol: Milan Duriç, 32 (0:1), Rahil Məmmədov, 40 (1:1)
İlk oyun - 3:0
Hakimlər: Ramil Diniyev, Azər Əsgərov, İsgəndər Əliyev, Ziya Nəsirov 
8-ci kilometr qəsəbə stadionu

“Kəpəz” - “İnter” - 0:0
İlk oyun
 - 0:2
Hakimlər: Rəhim Həsənov, Vaqif Musayev, Akif Əmirəli, Vüsal Qənbərov 
Əlavə köməkçi hakimlər: Əliyar Ağayev, Elvin Əsgərov
Gəncə şəhər stadionu

“Sumqayıt” - “Qarabağ” - 2:5 
Qollar: 
Namiq Ələsgərov, 8 (0:1),Amil Yunanov, 14 (1:1), Namiq Ələsgərov, 16 (1:2), Vüqar Nadirov, 70 (1:3), Amil Yunanov, 80 (2:3), Namiq Ələsgərov, 82 (2:4), Rahid Əmirquliyev, 89 (2:5)
İlk oyun - 0:6
Hakimlər: Rauf Cabbarov, Coşqun Həsənov, Cavanşir Yusifov, Rövşən Rəcəbov 
“Kapital Bank Arena”

AZAL - “Qəbələ” - 0:1
Qol: 
Asif Məmmədov, 53
İlk oyun - 1:2
Hakimlər: Fariz Yusifov, Yaşar Abbasov, Elman Musayev, Mehman Mahmudov
Əlavə köməkçi hakimlər: Rəvan Həmzəzadə, İnqilab Məmmədov
“AZAL Arena”





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right