"Sumqayıt" Özbəkistan klubu ilə razılığa gəldi

Azərbaycan Premyer Liqasında mövsümün ilk yarısına yekun vurulduğundan komandalar qış təlim-məşq toplanışlarının planlarını cızmaqdadı.
Newsport.az-ın məlumatına görə, “Sumqayıt”ın hazırlıq planı bəlli olub.
 
“Kimyaçılar” gələn il, yanvarın 3-də bir araya gələcək. Komanda ayın 10-na kimi Sumqayıtda hazırlıq keçəcək. Daha sonra sumqayıtlılar Türkiyənin Antalya şəhərinə yollanacaqlar.

Samir Abasovun yetirmələri burada 3 yoxlama oyunu keçirəcək. Plana əsasən, qarşılaşmalar ayın 13, 16 və 19-na nəzərdə tutulub. Rəqiblərdən isə yalnız birinin kimliyinə aydınlıq gəlib. Belə ki, yanvarın 16-da baş tutacaq matç Özbəkistan təmsilçisi “Nasaf”a qarşı olacaq. Komanda ayın 20-də vətənə qayıdacaq.

 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right