Ronaldinyonun Bakıdakı akademiyası kommersiya layihəsi olacaq

Oktyabrda paytaxtımızın qonağı olan Ronaldinyonun Bakıda açılması nəzərdə tutulan futbol məktəbi ilə bağlı yeniliklər var.
Newsport.az-ın məlumatına görə, artıq akademiyanın harada yerləşəcəyi və tərəflər arasında müqavilənin vaxtı bəlli olub. Bu haqda məlumatı Qəbələ Futbol Akademiyasıının direktor müavini Nail Kərimov verib.
 
“Ronaldinho Soccer Academy” ilə bağlı bəzi yeniliklər var. Hazırda layihənin üzərində iş gedir. Sifarişimiz artıq hazırdı. İcraçılar layihəni hazırlayıb, tikintiyə başlamalıdı. Məkan olaraq, Bakı seçilib, amma yer haqqında yekun qərar verilməyib. Hazırda müqavilənin detalları Ronaldinyo tərəfindən müəyyənləşdirilməkdədi. Məktəbin fəaliyyət müddəti hazırda razılaşdırılma prosesindədi. Danışıqlar davam edir. Martda müqavilə bağlanılmalıdı. Xüsusi bir təmtəraqlı tədbir nəzərdə tutmamışıq. Müqavilə ərəfəsində mediaya bu haqda ətraflı məlumat veriləcək. Martda müqavilə bağlansa da, ola bilər, məktəb fəaliyyətə bir az gec başlasın, yəni baza tam hazır olanda. Yeni akademiyamız Qəbələdəkindən fərqli olacaq. Çünki indi fəaliyyət göstərən məktəbimiz sırf kluba xidmət göstərir. “Ronaldinho Soccer Academy” isə kommersiya məqsədi daşıyacaq”.
 
Qeyd edək ki, “Ronaldinho Soccer Academy” veteran futbolçunun doğulub boya-başa çatdığı Qremio, həmçinin BƏƏ-nin Dubay şəhərində fəaliyyət göstərir.

futbolinfo.az





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right