Millimizin oyunlarının təqvimi müəyyənləşdi

Gələn ilin yanvar ayında Rusiyada keçiriləcək Valentin Qranatkinin xatirəsinə həsr olunmuş ənənəvi turnirin təqvimi məlum olub.

Newsport.az-ın məlumatına görə, Azərbaycanın U-17 millisi turnirdə ilk görüşünü yanvarın 9-da Litvaya qarşı keçirəcək.

C qrupunda yer alan yığmamız yanvarın 11-də Qazaxıstan, 13-də isə Slovakiya ilə üz-üzə gələcək.

Turnirin 1/4 final matçları yanvarın 16-da, yarımfinal görüşləri 18-də, final matçı isə 21-də keçiriləcək.

 

Valentin Qranatkin turniri

C qrupu

9 yanvar

13:00 Litva - Azərbaycan

15:15 Slovakiya - Qazaxıstan

 

11 yanvar

13:00 Qazaxıstan - Azərbaycan

15:15 Slovakiya - Litva

 

13 yanvar

13:00 Litva - Qazaxıstan

15:15 Azərbaycan - Slovakiya

 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right