"Kəpəz" "İnter" üçün başladı

“Kəpəz” Azərbaycan kubokunun ¼ final mərhələsinin cavab oyunu çərçivəsində Gəncədə qəbul edəcəyi “İnter”lə qarşılaşmaya hazırlaşır. 

Newsport.az-ın məlumatına görə, “Qəbələ” ilə çempionat matçından sonra bir gün istirahət edən komanda üzvləri Bakıda hazırlığa başlayıb. “Sarı-göylər” Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının meydanında məşqə çıxıblar.

“Kəpəz” sabah Gəncəyə qayıdacaq. Komanda kubok görüşü öncəsi sonuncu məşqinə oyunun keçiriləcəyi Gəncə şəhər stadionunda çıxacaq. Hazırlıq prosesi saat 16:00-a təyin olunub.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right