Premyer Liqaya çıxmağı qarşısına məqsəd qoyan "Şəmkir" heyətini gücləndirməkdə davam edir.
Newsport.az-ın məlumatına görə, bölgə klubu Rauf Mehdiyevi heyətinə qatıb.
Bir vaxtlar “Şəmkir”in çərçivəsini qoruyan əlcək sahibi indi “ağ-qırmızılar”ın qapıçılarla işləyən məşqçisi vəzifəsində çalışacaq. Bu gün onunla 2 illik müqavilə bağlanılıb.
Qeyd edək ki, 40 yaşlı Mehdiyev futbolçu kimi “Şəmkir”in heyətində 2 dəfə ölkə çempionu adını qazanıb.