“Maraqlı oyun alındı. İkinci hissədə yaxşı futbolun şahidi olduq. Şükürlər olsun ki, 1 xal qazana bildik. Futbolçularımız oyunundan razı qaldım, qalib gəlmək üçün çox istəkli idilər. Belə havada bizi dəstəkləyən azarkeşlərə təşəkkür edirəm. Bizə meydanda dayanmaq necə çətin idisə, onlar da eyni çətinliyi çəkirdilər”.
- Başa çatan ildən razısınızmı?
- Düzünü desəm razıyam. Ölkə çempionu olduq, kuboku qazandıq, Avrokuboklarda yaxşı mübarizə apardıq. Məncə,minimum nəticəni yerinə yetirdik. Qrupdan çıxmaq istəyirdik. Amma alınmadı. Ötən illərə nisbətən daha çox xallar topladıq. Bəzi oyunçuların çıxışından narazı qaldım. Amma ümumi götürəndə razıyam.
- Qış transfer dönəmində komandaya yeni futbolçular cəlb ediləcək?
- Hücum xəttində güclənmək istəyirik.Nə qədər alınacağını deyə bilmərəm. Yerli futbolçu transferi çətindi.Çünki hamısının müqaviləsi var. Yəqin ki, legionerlərə güclənməyə çalışacağıq.
- Namiq Ələsgərov son vaxtlar formada deyil. İcarəyə verilə bilər?
- Bu barədə heç bir söz deyə bilmərəm. Nə isə dəyişiklik olsa, bu barədə məlumat verəcəyik. Onu bu gün meydana buraxmaq istəyərdim. Ancaq hava şəraiti yaxşı olmadığından, meydana buraxmadım.
- Türkiyədə simpatiya bəslədiyiniz komandanın “Beşiktaş” olduğunu demişdiz. Bu yaxınlarda bu komandayla oynamaq ehtimalınız var.
- Bəli, Türkiyədə “Beşiktaş”a azarkeşlik edirəm. Rəhbərlik səviyyəsində danışıq olub. Oyunun nə vaxt keçiriləcəyini bilmirəm. Bizim üçün yaxşı təcrübə olacaq. Dost ölkə, dost komandaya qarşı oynayacağıq. Fikrimcə, bu oyunun klub üçün faydası çox olacaq.
- Şaranovun komandadan göndərilmək ehtimalı var? Nəzərə alaq ki, son vaxtlar əsas heyətə düşə bilmir...
- Belə bir şey yoxdu. İştirak ərizəsinə 2 qapıçı sala bilərik. Buna görə hərdən kənarda qalır. Ümumilikdə hər komandada 3-4 qapıçı olmalıdı.
- Bu yaxınlarda qəza törətmiş Emil Balayevlə danışmısız?
- O, pis maşın idarə etmir. Bu, hamının başına gələ bilər. Çox üzgündü. Ona səbr diləyirəm. Onda günah axtarmaq, tənqid etmək düzgün olmaz.