“Qarabağ” kimi komandadan xal almaq asan deyil" - Zaur Svanadze

Azərbaycan Premyer Liqasının XIV turu çərçivəsində baş tutan “Qarabağ” – “İnter” matçında hesab açılmayıb.

Newsport.az-ın məlumatına görə, matçdan sonra təşkil olunan mətbuat konfransında “İnter”in baş məşqçisi Zaur Svanadze fikirlərini bildirib:

“Oyundan razı qaldım. Nəzərə almaq lazımdı ki, heyətimizdə ciddi itkilər var idi. İlk hissədə yaxşı oynadıq, ikinci hissədə isə bir neçə epizoddan bəxtimiz gətirdi. “Qarabağ” kimi komandadan xal almaq asan deyil. Futbolçularıma mübarizəyə görə təşəkkür edirəm”.

- Orxan Sadıqlının oyunundan razı qalınızmı?

- Sakit oynadı, komandamızı real qollardan xilas etdi. İstərdim ki, bundan sonra da belə davam etsin.

- İlk hissə başa çatdı. Komandanızın nəticələrindən razısınızmı?

- Birinci dövrəni normaq qiymətləndirmək olar. İli “İnter” üçün məhsuldar hesab edirəm. Amma bununla kifayətlənməməli, yeni ilə daha yaxşı başlamalıyıq.

- Bu heyət mövsümü yüksək pillələrdə başa vurmağa kömək edəcək?

- Bu heyətlə üçüncü pillə uğrunda mübarizə aparmaq olar. Transfer qadağamız var, yeni ftbolçularla güclənə bilməyəcəyik. Bu qadağa futbolçulara daha çox oynamaq imkanı yaradır. Fikrimcə, bu heyət üçüncü yer uğrunda mübarizə üçün kifayət edər.

 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right