"İnter"də Ruslan Abışov şoku

Azərbaycan Premyer Liqasının XIV turunda "Qarabağ"la qarşılaşacaq "İnter" növbəti ciddi itki ilə üzləşib. 

Newsport.az-ın məlumatına görə, "bankirlər"in baş məşqçisi Zaur Svanadze bu gün baş tutacaq matçda komandasının aparıcı üzvü Ruslan Abışovun xidmətindən istifadə edə bilməyəcək. Buna millimizin təcrübəli futbolçusunun səhhətində yaranan problem səbəb olub. Yüksək hərarəti olan yarımmüdafiəçinin adının matçın iştirak ərizəsinə daxil ediləcəyi inandırıcı deyil. 

Qeyd edək ki, "İnter" "Qarabağ" önünə yarımcan çıxacaq. Səlahət Ağayev, Adrian Skarlatake və İlkin Qırtımov cəzalı durumda olduqlarına görə son çempiona qarşı oynamayacaqlar. 

Futbol11.az 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right