"Qarabağ" qış çempionu oldu YENİLƏNİB

Bu gün Azərbaycan Premyer Liqasında XV turun oyunları keçiriləcək.

Newsport.az-ın məlumatına görə, ilin son turunun bütün matçları eyni gündə baş tutacaq Günün ilk matçı Qəbələdə baş tutacaq. Şəhərin eyniadlı komandası “Kəpəz”i qəbul edəcək. Ötən tur “Qarabağ”la matçda uduzub, zirvədəki yerini əldən verən “Qəbələ” mütləq qalib gəlməlidi. Şahin Diniyevin komandası isə qış fasiləsinə 4-cü pillədə yollanmaq üçün Qəbələni 3 xalla tərk etməlidi.

İkinci oyunda isə “Zirə” səfərdə “Sumqayıt”ın qonağı olacaq. Son 3 turda məğlub olmayan “Sumqayıt” “Zirə” ilə matçda da uğurlu seriyasını davam etdirməyə çalışacaq. Adil Şükürovun komandası isə 4-cü pillə uğrunda mübarizədən qopmamaq üçün tər tökəcək.

“Neftçi” isə “Dalğa Arena”da AZAL-la qarşılaşacaq. Autsayderlərin dueli maraqla gözlənilir.

Turun mərkəzi matçı isə lider “Qarabağ”la, digər iddialı “İnter” arasında olacaq. Ağdam klubu qış fasiləsinə çempion yollanmaq üçün uduzmamalıdır. “İnter” isə liderlərdən uzaq düşməmək üçün Suraxanı səfərindən xallarla qayıtmağa çalışacaq.

17 dekabr

Azərbaycan Premyer Liqası

XIV tur
 

14:00 “Qəbələ” – “Kəpəz”  2:1

Qol: Filip Ozobiç, 23 (pen.), Ruslan Qurbanov, 84 (pen.) - Tural Axundov, 78 (pen.)
Hakimlər: Əliyar Ağayev, Rza Məmmədov, Rahil Ramazanov, Ziya Nəsirov
AFFA nümayəndəsi: Eldar Qasımov
Hakim-inspektor: Murad Məmmədov 
Qəbələ şəhər stadionu

 

16:00 “Sumqayıt” – “Zirə”  1:0

Qol: Mirabdulla Abbasov, 15
Hakimlər: Ömər Paşayev, Mehman Mahmudov, Vüqar Bayramov, Nahid Əliyev
Əlavə köməkçi hakimlər: Rəhim Həsənov, Rəvan Həmzəzadə
AFFA nümayəndəsi: Mübariz Hüseynov
Hakim-inspektor: Kərim Ağayev
“Kapital Bank Arena”
 
16:00 “Neftçi” – AZAL  0:1

Qol: David Canalidze, 79
Hakimlər: Rauf Cabbarov, Mübariz Haşımov, Vüsal Qənbərov, Elman Musayev
Əlavə köməkçi hakimlər: Elvin Əsgərov, Ramil Əhmədov
AFFA nümayəndəsi: Rauf Əmirov
Hakim-inspektor: Əhmədağa Cabbarov
“Bakcell Arena”


17:00 “Qarabağ” – “İnter”  0:0
Hakimlər:
 Fariz Yusifov, Namiq Hüseynov, Akif Əmirəli, Yaşar Abbasov
Əlavə köməkçi hakimlər: Ramil Diniyev, İnqilab Məmmədov
AFFA nümayəndəsi: Eldəniz Musayev
Hakim-inspektor: Vüsal Əliyev
“Azersun Arena”



 

N Klublar O Q H M T-F X
1 Qarabağ 13 10 1 2 26-6 31
2 Qəbələ 13 8 4 1 28-6 28
3 İnter 13 6 6 1 21-12 23
4 Kəpəz 13 3 6 4 9-11 15
5 Zirə 13 4 3 6 11-14 15
6 Sumqayıt 13 3 5 5 12-18 14
7 Neftçi 13 3 0 10 9-29 9
8 AZAL 13 0 5 8 5-25 5


Bombardir: Baqali Dabo ("Qəbələ") - 7 qol

 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right